Haqqımızda
Əsas səhifə Haqqımızda

“NETPRO GROUP” şirkəti haqqında
NETPRO GROUP Azərbaycanda kritik sistemlər üçün yüksək etibarlı və səmərəli avadanlıqların ən böyük təchizatçılarından biridir.
Müştərilərimizə enerji təchizatı, ehtiyat enerji, biznes sistemlərinin mühafizəsi, güc artımı və s. sahəsində ən müasir və keyfiyyətli həllər təqdim edirik.
Fasiləsiz enerji təchizatı, DC enerji sistemləri, enerji sisteminin monitorinqi və nəzarət cihazları, proqram təminatı, İT infrastrukturunun idarə edilməsi, yüksək səmərəli batareyalar və akkumulyatorlar - bu, NETPRO GROUP tərəfindən təqdim olunan məhsulların və texnoloji həllərin tam siyahısı deyil.
Müştərilərimiz Azərbaycanın hər yerində böyük zavod və fabriklər, banklar və sığorta şirkətləri, mehmanxanalar, ticarət və əyləncə mərkəzləri, klinikalar və tibbi sığorta mərkəzləri, tikinti şirkətləri və dövlət qurumları, ictimai strukturlar və bir çox başqa müəssisə və şirkətlərdir.
NETPRO GROUP həm Azərbaycanda, həm də dünyanın aparıcı kritik rəqəmsal infrastruktur və digər növ yüksək texnologiyalı avadanlıq istehsalçıları, onlar üçün hissələri və müasir İT həllərinin təchizatçıları ilə dostluq və tərəfdaşlıq əlaqələri qura bilmişdir.
